Məzhəbi olan dinini satmaz – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Məzhəbi olan dinini satmaz – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

İran son illər bütün sahələrdə Azərbacana qarşı güc nümayiş etdirir, sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirir, Ermənistan ərazilərində yeni konsulluqlarını açır, ünvanımıza yersiz bəyanatlar səsləndirir və ermənilərin tərəfində olduğunu açıq-aydın göstərir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri diqqətə çatdırıb ki, İranın hakimiyyət nümayəndələrinin, din xadimlərinin, diplomatlarının Ermənistana səfərləri də son zamanlar intensivləşib və onlar ermənilərlə dost və qardaş olduqlarını açıq-aşkar bildirirlər və Azərbacana qarşı münasibətləri isə kəskinləşməkdədir.

“İranın molla rejimi Azərbacan-Türkiyə qardaşlığına, birliyinə qısqanclıqla yanaşır. İki qardaş dövlət arasında gündən-günə möhkəmlənən birliyi, əməkdaşlığı pozmağa, sarsıtmağa çalışırlar. İran hakimiyəti Türkiənin regiondakı, eləcə də benəlxalq aləmdəki nüfuzunu qəbul etmək istəmir. Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa cəhd göstərirlər. İranlı diplomat Əbülfəz Zöhrəvəndin bu günlərdə səsləndirdiyi, “biz Zəngəzurda yerləşməliyik, Türkiyə ilə Azərbacan qardaş deyil, məzhəb daha güclüdür, Azərbacan tərpənsə, Bakıda başını əzəcəyik”, ifadələri İranın bir çox rəhbərlərinin əməllərindən və hərəkətlərindən qaynaqlanır. Ancaq məzhəbdən söz açanların, İslama sökənənlərin çoxu məzhəbin və İslami dəyərlərin nə olduğunu hələ də dərindən anlamırlar. Məzhəbi, əqidəsi olan insan baş əzməkdən, qan tökməkdən, ədavətdən danışmaz. İlk növbədə haqqa, ədalətə, Qurana, İslama istinad edər, dinini, imanını, əxlaqını qoruyar. Məzhəbi ali tutan insan, məscidlərdə hər gün alnını möhürə qoyub Allaha sitayiş edənlər allahsız əməllərə əl atıb din qardaşlarının, azərbacanlıların başını kəsən, gözünü çıxaran, elini, obasını viran qoyan, torpaqlarını uzun illər işğal altında saxlayan, qız-gəlini əsir aparan və milonlarla insanın başına bəlalar açan, məscidlərində hevan, donuz saxlayan, dini ibadətlərini yer üzündən silən erməniyə qardaş deməz. Dini, məzhəbi uca bilən öz din qardaşının başını yox, onun dininə, imanına düşmən olan, zülmə, zillətə, zorakılığa səbəb yaradan qatilin, cəlladın başını əzər, məzhəbə sahib olduğunu dünyaya göstərər. Məzhəbli adam faşist, cəllad kimi danışmaz. Bu ifadələr ağıllı diplomatın deyil, faşist xislətli insanın kəlmələridir. Andraniklər, Njdelər, Zori Balayanlar, Koçaryanlar, Sarkisyanlar bu dildə danışırdılar və nəticələrini də gördülər. Əbülfəz Zöhrəvən də cəlladların, dinimizə, islami dəyərlərimizə qəsd edənlərin dediklərini təkrarlayır, baş əzməyi, ortalığa ədavət salmağı, aranı qarışdırmağı üstün tutur, Azərbacanı qorxutmağa, tutduğu ədalət, sülh yolundan çəkindirməyə cəhd edir. Ancaq o yanılır. Əgər məzhəbi, dini varsa, öz qardaş-bacılarının ağır vəziyyətini, ölkəsində baş verən hadisələri, təlatümləri, iğtişaşları, xalqının çətin, acınacaqlı durumunu düşünsün. Əgər öz xalqının taleyi barədə düşünə bilmirsə, dindən, imandan, məzhəbdən danışmasın, başı girməyən yerə bədənini soxmasın. Başqa dövlətlərin ünvünına hədyanlar söyləyib hədə kəsməsin. Yaxşı olar ki, o öz torpağının və xalqının halına acısın. Biz öz yolumuzu bilirik, dostumuzu, düşmənimizi yaxşı tanıyırıq və gücümüzə, birliyimizə inanırıq. Elə bilirəm ki, İran hakimiyyətinin, molla rejiminin, iranlı diplomatların tutduğu bu yol onları heç də yaxşı gələcəyə aparmır, çünki qonşu öz qönşusuna, din qardaşlarına xəyanət etməz və xəyanətin nəticəsi də ağır olur”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə