Ermənilər Qafandakı yunan kilsəsini tövləyə çeviriblər! FOTOFAKT!
Ermənilərin yalnız islama qarşı deyil, eləcə də özlərinə aid olan monofizit “inanca” məxsus “qriqorian apostol kilsəsindən” fərqli xristian məzhəblərinin ibadət ocaqlarına da vəhşilik münasibətləri fakt olaraq dəfələrlə sübuta yetirilib. Təkcə Qarabağda mövcud olan Rusiya pravoslav kilsəsinə və qədim Qafqaz Alabaniyasına məxsus məbədlərin erməniləşdirilməsi, yaxud köklü şəkildə dağıdılması faktları da kifayət qədərdir. Ən azından, Xocavənd rayonu ərazisindəki rus kilsəsinin xarabazarlığa çevrilməsi də həmin faktı isbatlamaqdadır.

Bu günlərdə isə məlum olub ki, tarixi Qərbi Azərbaycan ərazilərinə aid olan Qafan şəhərində mövcud olan yunan kilsəsi ermənilər tərəfindən tövlə kimi istifadə olunmaqdadır. SİA xəbər verir ki, bu barədə telegra.ph portalı yazır. Məlumatdan da bəlli olur ki, yunanların müasir Qafan ərazilərinə gəlişləri bu yerlərdə mis yataqlarının işlənməsi ilə bağlıdır. Eyni zamanda, həmin ərazilərdə kiçik məskən salan yunanların əksəriyyəti türkdilli urumlardan ibarət olublar. Onlar Bizans imperiyası dövrlərindən başlayaraq keçmiş Aqirupolisin (Trabzon şəhəri ilə həmsərhəd) Gümüşhanə şəhərindən buralara gəliblər.

Kilsə tamamilə atılmış vəziyyətdədir
Dağ-mədən işlərinin peşəkarları 1760-cı illərdən başlayaraq məhz həmin yerlərdən Qafan şəhərinin kənarlarına gələrək mis yataqlarında işləməyə başlayıblar. 19-cu əsrin ortalarına yaxın bu ərazilərdə yunan məskənləri salınmağa başlayıb. 1851-ci ildə isə Trabzondan Qafanın Kavart kəndi yaxınlığına Xarlampiy Kundurov adlı yunan taciri gəlir və yerli yataqlarda daha iri miqyaslı işlərə başlayır. Onun bir neçə yataq ərazilərində kiçik zavodlar inşa etdiyi bildirilir.
Kilsə üzərindəki pravoslav xaçı dağılmış taxta günbəzin işinə düşüb

Beləliklə, 1865-ci ildə yunan taciri Xarlampiy Kundurovun təşəbbüsü ilə yunan işçilər üçün pravoslav kilsəsi inşa olunur. Hazırda məbədin binası mal-qara və donuzlar üçün tövləyə çevrilib. Və bunu yalnız bizlər deyil, həmin yerlərdə olan və oraların fotoşəkillərini çəkən xarici turist bildirir. Hətta kilsə üzərində həkk olunmuş yazı da seçilmir, ancaq hərflərin yunan deyil, rus əlifbası ilə yazılması ehtimalı daha çox görünür. Məbədin içi isə mal-qara nəcisləri ilə dolub.

Beləliklə, fakt budur ki, Ermənistanın özünü dünyaya “ilk xristianlar” kimi zorla sırımaq cəhdlərinə baxmayaraq onların ümumiyyətlə, bu inanca heç bir aidiyyatları, ehtiramları və ümumiyyətlə, münasibətləri yoxdur. Əgər bizlər ermənilərin Qarabağ ərazilərində müsəlman abidələrinə, məzarlıqlarına, dini ocaqlarına qarşı erməni vandallıqlarının, vəhşiliklərinin şahidləri olurdusa, artıq bundan sonra “erməni apostol kilsəsi” deyilən saxta monofizit “xristianlığın” digər xristian məzhəblərinə məxsus abidələrinə qarşı da eyni davranışlarını müşahidə edəcəyik.

Və ən əsası, əgər bu gün Qarabağda dağıdılmış dini abidələrimiz yenidən bərpa olunursa, inanaq ki, çox yaxınlarda qədim Azərbaycan şəhəri Qafandakı bu yunan məbədi də məhz Azərbaycanın vasitəsi ilə bərpa edilərək əvvəlki görkəminə gətiriləcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB