YAP Azərbaycanın yüksəlişinə töhfələrini əsirgəməyən partiyadır - FOTOLAR

YAP Azərbaycanın yüksəlişinə töhfələrini əsirgəməyən partiyadır - FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə Yasamal rayonunda silsilə tədbirlər davam edir.Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının A.M.Şərifzadə küç.762 (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon təşkilatının məsul əməkdaşları, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Azər İsmayılov, A.M.Şərifzadə küç.762 (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Telman İbadov və ərazi partiya təşkilatının nümayəndələri iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə video çarx nümayiş olunub.

Tədbiri açan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Azər İsmayılov tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd etdi. Vurğulandı ki, öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

Tədbirdə çıxış edən A.M.Şərifzadə küç.762 (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Telman İbadov qeyd etdi ki, sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və onun layiqli davamçısı olan Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir.

Çıxış edən ərazi partiya təşkilatının nümayəndələri Aynur Hümbətova, Sahib Hüseynov və Cəmilə Hüseynova YAP-ın keçdiyi 30 illik şərəfli tarixi yolun əbədiliyindən və bundan sonra da partiyamızın ölkəmizin qüdrətinin artırılmasında öz dəsti-xətti, imzası ilə yeni töhfələrini xalqımıza bəxş edəcəyindən bəhs etdilər.

Yekun nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir: "Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib. Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü haqqında danışarkən ilk növbədə dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən keçir, Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir. 30 ildə YAP-ın uğurları, qələbələri hər kəsin gözü önündə olub. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt xalqımızın partiyamıza olan sevgisini günbəgün artırıb".

Sonra rayon təşkilat sədri partiya üzvlərini, bütün Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə təbrik edib.Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında rolu olan bir qrup əməkdaşa Fəxri Fərman təqdim olunub.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə