Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə oktyabrın 20-də Azərbaycana birgünlük işgüzar səfərə gedəcək.
SİA xəbər verir ki, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, R.T.Ərdoğan İ.Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin töhfələri ilə inşa edilən ikinci hava limanının - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.
İki ölkənin başçıları tərəfindən regionun inkişafı üçün həyata keçiriləcək növbəti yeni layihələri, bütün aspektləri ilə Türkiyə ilə Azərbaycan arasında münasibətləri, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar, həmçinin aktual regional və qlobal problemlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB