Ermənistana aid əsassız CƏFƏNGİYATLAR – TƏHLİL

Ermənistana aid əsassız CƏFƏNGİYATLAR – TƏHLİL

Erməni cəmiyyətinin hər zaman dövriyyəyə buraxdığı əsassız və absurd fikirlər həqiqəti əks etdirmədiyi üçün bunlara cəfəngiyyatdan başqa bir ad qoymaq mümkün deyil. İndi ermənilərin uydurduqları, yaxud uydurmaq istədikləri eyni ilə “Böyük Ermənistan” barədə uydurmaları kimi gülünc və mənasız görünür. Ermənistan özünü bir suveren, müstəqil dövlət kimi təsdiq etməkdə çətinlik çəkdiyi halda, millətçi ermənilərin daha böyük və xam xəyallara düşmələri gülünc olmaqla yanaşı, həm də ikrah doğurur.

Separatçıların, işğalçıların, beynəlxaq hüquq normalarını pozanların beynəlxalq məhkəmədən dəstək ummaları, onları müdafiə etmək istəkləri həqiqətən də həyasızlığın son həddidir. Özgə torpaqlarında işğala, soyqırımlara, bəşəri cinayətlərə imza atanların, bu əməlləri və himayədarlarının köməyi sayəsində 30 ilə yaxın işğal altında saxladıqları torpaqları viran qoyanların, tarixi, mədəni abidələri məhv edənlərin beynəlxalq hüquqdan dəm vurmaları ən azından, əməlləri qədər çirkin görünür. Əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxladıqları torpaqlarda tikib-yaratmamaqları bir yana, daşı daş üstündə qoymamaları fonunda hələ də torpaq iddiasında olmaları beynəlxalq ictimaiyyətin diqqətindən yayınan deyil və bu əməllərinin fonunda beynəlxalq məhkəmədən özlərinin xeyrinə qərar gözləmək kimi bir üzsüzlük dünyada yalnız ermənilərə məxsus ola bilər, deməyə indi hər kəsin haqqı çatır.

Özlərini zorla Qafqazda yerləşdirən köçəri hayların məhz rusların köməyi ilə Ermənistan adlı bir dövləti dünyaya sırıdıqları azmış, hələ onlar ikinci bir dövlət xülyasına da düşüblər. Özgə torpaqlarında bir neçə dövlət qurmaq üçün dəridən-qabıqdan çıxmaları səbəbindən haylarda heç hey də qalmayıb, onların hay-hayı gedib, vay-vayı qalıb. Onilliklər boyunca Azərbaycan ərazilərində dövlət qurmaq, özü də bir yox, bir neçə dövlət qurmaq iştahaları hayları fəlakətdən-fəlakətə sürükləyib, amma görünür ağılları başlarına gəlməyib. Hayların həyasızlıqları hədd bilmir, əks halda əzəli və əbədi Azərbacan torpaqları olan Qarabağ ərazilərini özlərininki kimi qələmə vermək, bu ərazilərdə ikinci bir erməni dövləti qurmaq niyyətinə belə düşməzdilər. İkinci qarabağ müharibəsinin, 44 günlük müharibənin məntiqi nəticəsi olan rüsvayçı məğlubiyyətləri fonunda hələ də torpaq iddiasında olmaq, hərdən də guya müharibə yolu ilə yenə də torpaqları işğal etmək xülyası belə millətçi ermənilərin simasızlığını ortaya qoyur.

Qarabağın Azərbacan ərazisi olaraq bütün dünyada qəbul edilməsinə görə ermənilərin əl-ayağa düşmələri də həyasızlıqlarının əlamətidir. Guya bilmirlərmi ki, Qarabağ Azərbacan torpağıdır? Bunu bildikləri halda, bir tərəfdən də həmin ərazilər onların işğalından azad olunması fonunda indi hansı cəfəngiyyatı işə salacaqlarını zənn edirlər? Axı bütün dünya gördü ki, 30 il işğalda saxladıqları torpaqlarda daşı daş üstünə qoymayıblar, əksinə, dağıntılar törədiblər, ərazilərimizi yararsız hala salıblar, meşələrimizi belə qırıblar, qiymətli ağac növlərini oduncaq kimi istifadə ediblər, fauna və floraya ciddi zərər vurublar. Bununla da dünya ictimaiyyətinə aydın oldu ki, həmin torpaqlar ermənilərin olmayıb, onlara həmin ərazilər yaddır və elə buna görə də doğma münasibət göstərməyiblər. Bütün dünya onu da gördü ki, 30 il deyil, bir-iki il ərzində Azərbaycan dövləti həmin ərazilərdə saysız-hesabsız quruculuq işləri apardı, infrastruktur layihələrini gerçəkləşdirdi, yollar saldı, bir neçə hava limanının, obyektlərin təməli qoydu, istifadəyə verdi və hələ də bu işləri davam etdirir. Gördü ki, 30 il ərzində ermənilərin viran qoduğu Qarabağı Azərbacan yenidən cənnətə çevirir və bu fakt özü də təsdiqlədi ki, həmin ərazilər bizə məxsusdur, ermənilərə yox. Bütün bu həqiqətləri danmaq, təkzib etməyi ermənilərdən başqa heç kim bacarmazdı, çünki cəfəngiyyatların müəllifi yalnız onlardır.

Tez-tez Ermənistanın mətbuat səhifələrində “Qarabağ hakimiyyəti” ifadəsinə rast gəldikdə də əmin olmaq olar ki, onlar üçün cəfəngiyyat adi hal hesab olunur. Çünki Qarabağ bir dövlət deyil, ola da bilməz, bunu heç Ermnistan da tanımayıb və belə olan halda hansı hakimiyyətdən söhbət gedə bilər? Bunu ermənilər guya anlamırlar? Anlamırlarmı ki, söylədikləri cəfəngiyyata özlərinin də inanmadığı açıq-aşkar görünür? Təkcə Xankndinə bir neçə bayraq asmaqla, Araik Arutyunyan kimi bir avantüristə hansısa şans verməklə dövlət olmaz və bunu Ermənistanda da yaxşı bilirlər, amma ortaya atdıqları cəfəngiyyata özləri də inanmaq istəyirlər.

Eyni zamanda, “Qarabağ xalqı” ifadəsi də erməni cəmiyyətində, onun mediasında işlədilir, amma hansı xalqdan söhbət getdiyi barədə konkret fikir yoxdur. Ola da bilməz axı. Çünki xalq hər topluma deyilmir. Haylar belə özlərinə erməni xalqı desələr də onlar tayfa, toplum məcrasını belə aşa bilməyiblər. Belə olan halda Xankəndində olan bir neçə min adama xalq demək nə cəfəngiyyatdır ermənilər atıblar ortaya? Başqa bir sual da düşündürür, görəsən, “Qarabağ xalqı” dedikdə onları ermənilərdən fərqli xalq kimi təqdim etməyə çalışırlarmı? Bu həyasız haylar ikinci dövlətlə yanaşı, ikinci xalq arzusundadırlar yoxsa?

Ən dəhşətli cəfəngiyyat isə odur ki, indi ermənilərin “düşüncəsinə” görə, Qarabağla bağlı Ermənistanın edə bilmədiyini guya “Qarabağ xalqı” edəcəkmiş. Qarabağ ərazisində məskunlaşan və yaşayan ermənilərin ümumi sayı qədər az qala Ermənistan hərbçi itirib. İndi Xankəndində və hansısa ərazidə vur-tut bir neçə min erməninin Azərbaycan üçün, Ermənistanı 44 gün ərzində diz çökdürən bir dövlət üçün təhdid kimi təqdim edilməsi cəfəngiyyatın görünməyən həddidir. Hayları havadarları ilə birgə məğlub edən Azərbaycan öz torpaqlarında məskunlaşan erməni qalıqlarını məhv edə bilməzmi? Əlbəttə ki, bilər və bu müzakirə olunmaz həqiqətlərin fönunda utanmadan "Ermənistanın edə bilmədiyini guya “Qarabağ xalqı” edəcək deyə bir cəfəngiyyata özləri belə inanmazlar, heç inanmırlar da.

İndi də Xankəndində mitinqə çağırış edənlər nə düşünürlər? Hətta utanmadan 50-75 min insanın mitinqə toplaşacağı təqdirdə Azərbaycana nəyin isə məcbur ediləcəyi cəfəngiyyatı da ermənilərə məxsusdur. Bunu, bu ifadəni, bu statistik rəqəmi, cəfəngiyatı belə həyasızcasına sırımaq yalnız ermənilərə məxsus ola bilər. Belə bir cəfəngiyyatın, həqiqətlərin təhrif olunmuş förmada süni şəkildə yayılması hansısa formada Ermənistanın zərərinədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə