Yasamal rayonunda şəhidlər dərin ehtiramla yad edilib FOTOLAR

Yasamal rayonunda şəhidlər dərin ehtiramla yad edilib FOTOLAR

Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Yasamal rayon icra hakimiyyətinin və Abşeron rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, Vətən müharibəsi iştirakçıları və Yasamal rayon ictimaiyyəti tərəfindən İkinci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidləri Məhərrəmov İsa Məhərrəm oğlunun və çavuş Müslümov Elşən Habil oğlunun məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Məhərrəmov İsa Məhərrəm oğlu ölümündən sonra "Vətən uğrunda" və “Füzuli azad olunmasına görə” medalları ilə, şəhid Müslümov Elşən Habil oğlu isə ölümündən sonra "Vətən uğrunda" və“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə