Azərbaycanın beynəlxalq nüfuzu SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

Azərbaycanın beynəlxalq nüfuzu SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan prezidenti İlham Əliyevin MDB dövlət başçılarının şurasının iclasında dəvət olunması və çıxış etməsi Azərbaycanın MDB məkanında həll edici rol oynamasında xəbər verir". Bunu SİA-ya açıqlamasında Siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyev Astana sammitindən öncə Praqada sülh və təhlükəsizlik iclasında iştirak etdi: " Burada Azərbaycan prezidenti xüsusi rol oynayan ölkə liderlərindən biri olaraq təmsil olunurdu. Bunu Avropada Praqa sammiti zamanı da müşahidə etdik. Son olaraq qaz hasilatının artırılması ilə bağlı müqavilələrin imzalanması da bunu göstərdi. Hətta heç olmadığı qədər Azərbaycan Avropa üçün əhəmiyyətli bir ölkəyə çevrilib. Azərbaycan prezidentinin liderlələ birgə fotosunda Türkiyə prezidenti ilə mərkəzdə yer alması Azərbaycanın nüfuzundan xəbər verir. Praqa sammitindən dərhal sonra Azərbaycan prezidentinin Astana zirvəsində iştirak etməsi Azərbaycanın həm Avropa, həm də Asiya coğrafiyasındakı kifayət qədər nüfuzlu ölkə olduğunu göstərir".

Siyasi şərhçi sözlərinə əlavə edərək qeyd edib ki, Azərbaycan Avropanı və Asiyanı birləşdirən ölkə kimi bir çox mözvuların həllində ortaq kimi çıxış edir: " Əksər ölkələr hər hansı mövqedə cəbhə alsa da, Azərbaycan proseslərdə birləşdici kimi çıxış edir. Rəsmi vasitəçilik Türkiyə üzərinə götürsə də, proseslərdə Azərbaycan liderinin rolu kifayət qədər böyükdür. Bu tendensiyalar beynəlxalq mediada da özünü göstərir. Qlobal həll edici, birləşdirici rol mövqeyimiz pandemiyadan sonra özünü daha qabarıq göstərdi. Azərbaycan liderinin daxildə yaratdığı həmrəylik faktoru əvvəlcə türk dövlətlərinin bir araya gətirilməsinə nail oldu. Azərbaycan və Azərbaycan liderinin nüfuzu yalnız bir qitə üzrə deyil, bütöv Avrasiyada hiss edilir. Azərbaycan beynəlxalq aləmdə körpü rolu oynayır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə