Şəhid -mayor Ramid Hacıyevin anım mərasimi keçirilib FOTOLAR

Şəhid -mayor Ramid Hacıyevin anım mərasimi keçirilib FOTOLAR

Bu gün ərazi bütövlüyümüz uğrunda, 44 günlük Vətən müharibəsində Şəhid olmuş “Qarabağ” ordenli Mayor Hacıyev Ramid Nəriman oğlunun şəhadətə ucalmasından 2 il keçir. Bu münasibətlə 2-ci Fəxri Xiyabanda Şəhidimizi anım tədbiri baş tutmuşdur. Tədbir bütün Şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükütla başladı və Azərbaycan Respublikasının dövlət himni ilə davam etdi.Ziyarətdə Şəhidin ailə üzvləri, yaxın və doğmaları, Abşeron rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyev , Milli Məclisin deputatı Ceyhun Məmmədov,YAP Cəbrayıl, Abşeron rayonlarının təşkilat sədrləri Arif Fərzəliyev və Abbas Əliyev, Müdafiə Nazirliyinin əməkdaşları, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Qaziləri və İctimaiət nümayəndələri iştirak etdilər, Şəhidlərimizin əziz xatirəsini yad edib məzarına gül dəstələri düzdülər. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə