"Bütün dünya gördü ki, NATO sözdən işə keçə bilmir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Rusiya-Ukrayna arasındakı müharibə artıq 7 aya yaxındır ki, davam edir. Bu müddət ərzində Rusiya daha iki vilayəti də işğal edib öz nəzarətinə keçirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, burada Rusiya-Ukrayna yox, Rusiya ilə Qərb arasında qarşıdurma gedir: "Çox təəssüflər olsun ki, NATO ABŞ başda olmaqla, artıq Rusiyaya uduzurlar. Ola bilər müharibə davam etsin, yaxud müəyyən uğurlar olsun. Amma bütün dünya gördü ki, NATO sözdən işə keçə bilmir. Silah verməklə, onları biri-birinə qırdırmaqla müharibə olmur. Bu, siyasətdir, müharibə deyil. Müharibədə qalib olmağın öz taktikası var".
Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Bunun sakit müharibə olacağına inanmıram. Bu, sürünən müharibədir və hələ ki, davam edəcək.
Rusiyanın və Qərbin məqsədi heç də Ukraynanı müdafiə etmək deyil. Hamısı öz maraqlarına uyğun iş görürlər. Hadisələrin gedişatı heç də Ukraynanın xeyrinə deyil. Müvəqqəti uğurlar, popilist çıxışlar, hədələmələr müharbəni udmaq məsələsi deyil. Onlar Azərbaycana baxsınlar. Cənab Prezident İlham Əliyev müharibəni idarə edirdi. Rusiya və Ukrayna isə müharibəni idarə edə bilmir. Burada peşəkar döyüş getmir və ona görə də bu tip döyüşlər uzun çəkir. Burada qalib, yaxud məğlub yoxdur. Hal-hazırda pat vəziyyəti yaranıb. Rusiya əldə etdiklərini əlində saxlamaq istəyir, Zelenski də özünü dünyaya göstərmək üçün guya ki müharibə aparır. Bütün hallarda ölən də, öldürülən də, dağılan da Ukrayna ərazisində baş verir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB