Əvvəlki dövrlə müqayisədə Azərbaycana yanaşma necə dəyişib? POLİTOLOQ ŞƏRH ETDİ
"Son zamanlar ölkə başçısının həm Avropa, həm də Orta Asiya ölkələrinə olan intensiv səfərlərini müşhidə edirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, hər şeydən öncə bu Azərbaycanın yerləşdiyi regionda artan siyasi- iqtisadi qüdrəti ilə birbaşa bağlıdır: "Məhz bu mövqe sayəsində Azərbaycan Avropanın etibarlı qaza tədarükçüsünə çevrilmiş və həyata keçirilən enerji diplomatiyası artıq siyasi divident fazasına keçmişdir. Bunu Cənub qaz dəhlizi üzrə qaz konnektorunun açılışı mərasimində və Praqa görüşündə şahid olduq. Eyni zamanda, Orta Asiya ölkələri ilə də qarşılıqlı əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Son zamanlar istər Özbəkistan, istər Qazaxıstan və Qırğızıstan səfərlərinin nə qədər məhsuldar keçdiyinin hamımız şahidi olduq. Bu çoğrafiya da Azərbaycanın əlverişli nəqliyyat imkanlarından və iqtisadi potensialından istifadə etmək niyyətindədir. Bununla yanaşı Azərbaycanın əldə etdiyi qələbə təcrübəsi də bir sıra ölkələr üçün ən gözəl örnək ola bilər."
Amid Əliyev sözlərinə əlavə olaraq qeyd etdi ki, iqtisadi resursların Orta Asiyada şaxələndirmə imkanlarının qiymətləndirilməsi Azərbaycan üçün olduqca vacibdir: "TDT və qarşılıqlı əməkdaşlıqda bu əsas istiqamət kimi müəyyən olunub. Bununla yanaşı, Azərbaycanın bu regiondakı iqtisadi profilli təşkilatlara da qoşulması prosesi başlayıb ŞƏT-in sonuncu və etimadla bağlı son zirvə görüşlərində Azərbaycanın aktiv iştirak etməsi buna bariz nümunədir. Eləcə də bu regionla siyasi inteqrasiya da həm Azərbaycan, həm də Orta Asiya ölkələri üçün vacibdir. Ermənistanın son təxribatları zamanı Qazaxıstan və Qırğızıstan tərəfindən Azərbaycanın mövqeynin dəstəklənməsi artıq bu inteqrasiyanın ilk rüşeymləri kimi qiymətləndirilə bilər".
Son olaraq politoloq fikirlərini yekunlaşdıraraq qeyd etdi ki, Azərbaycan həm Avropa, həm də Orta Asiya ölkələri üçün etimad, siyasi-iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizləri kimi müstəvilərdə aparıcı mövqeyə yüksəlib: "Hər iki istiqamət üzrə hər bir müstəvidə Azərbaycanın ciddi uğurları göz qabağındadır. Yaxın gələcəkdə isə bu münasibətlərin daha da yeni çox vektorlu əməkdaşlıq səviyyəsini müşahidə edə biləciyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB