“Hərə öz sahəsi üzrə bu müharibəyə dəstək oldu” - İCRA BAŞÇISI

“Hərə öz sahəsi üzrə bu müharibəyə dəstək oldu” - İCRA BAŞÇISI

“Şəhid ailələri qarşısında baş əyirəm. Onlar bizim fəxrimizdir”. SİA xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan Partiyası -30” mövzusunda YAP Xətai rayon təşkilatı konfransında Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan kiçik dövlət olsa da siyasi gücü çoxdur: “Azərbaycan Qafqazda güc sahibidir. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində bu gün belə əlverişli şəraitdə yaşayırıq”.

Rafiq Quliyev sözlərinə belə davam edib: “İki il ərzində dövlət tərəfindən mina təmizləmə işləri aparılırdı. Amma buna illər və böyük maliyyə vəsaiti lazımdır. Şəhidlər və qazilərlə yanaşı, müharibədə Azərbaycan vətəndaşlarının da payı var. Hərə öz sahəsi üzrə bu müharibəyə dəstək oldu. Unutmayaq ki, hər birimiz dövlətimizə faydalı işlər görmək üçün çalışmalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə