Səfərbərlik elan oluna bilər

Moldovanın müdafiə naziri Anatoli Nosatiy "Nosatiy TVR" Moldova telekanalına müsahibə verib. SİA xəbər verir ki, Moldovanın müdafiə naziri Anatoli Nosatiy deyib ki, Ukraynadakı münaqişələr Moldova sərhədlərinə doğru istiqamətlənərsə, səfərbərlik elan oluna bilər.

Ukraynaya qarşı atılan bəzi Rusiya raketlərinin Moldova ərazisi üzərindən keçdiyini qeyd edən Nosatiy bunun bir daha təkrarlanacağına dair heç bir zəmanət olmadığını, bu səbəbdən təhlükəsizlik məsələlərində Qərb tərəfdaşları, NATO və Rumıniyadan dəstək istədiklərini bildirib.

Moldovada səfərbərlik elan olunub-olunmayacağı sualını cavablandıran Nosatiy deyib: "Bu ssenarinin baş verməsi üçün Ukrayna cəbhəsində ciddi dəyişikliklər baş verməlidir. Məsələn, münaqişələr bizim sərhədlərimizə doğru hərəkət edərsə, Ukraynadan ölkəmizə immiqrasiya dəyişərsə və ya biz miqrantların səfərbərliyini müşahidə etsək, bu baş verəcək. Təbii ki, belə olan halda müəyyən reaksiyalar veriləcək”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə