"Azərbaycanda uğurun ən böyük səbəbi millətin birliyidir" - VAHİD ƏHMƏDOV

"Azərbaycanda uğurun ən böyük səbəbi millətin birliyidir" - VAHİD ƏHMƏDOV

"Görülən bütün işlər ona gətirib çıxarır ki, Azərbaycan faktiki olaraq öz torpaqlarını işğaldan azad edib. Bunu həmişə qeyd etmək lazımdır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda uğurun ən böyük səbəbi millətin birliyidir: "Bu birliyə bu gün də ehtiyac var. Çünki indiki birlik daha çox vacibdir. Çünki indi də vəziyyət asan deyil".

Vahid Əhmədov sözlərinə belə davam edib: "İndi millətin birlikdə olması və cənab Prezident İlham Əliyevi dəstəkləməsi daha çox vacibdir. Mən xalqı bir yumruq kimi birləşməyə çağırıram".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə