Fransa hakimiyyəti qərəzli mövqe sərgiləyir ŞƏRH

Fransa hakimiyyəti qərəzli mövqe sərgiləyir ŞƏRH

Ermənistanın daha aqressiv və təxribatçı hərəkətlərinə Azərbaycanın sərt şəkildə cavab verməsi bir çoxlarını narahat etdi. 44 günlük Vətən müharibəsi başlayan gündən Fransa açıq şəkildə Ermənistanın tərəfini saxlamağa başladı. Bu zamana qədər, xüsusilə də münaqişə dövründə bu dövlətin ermənipərəst mövqeyinə şahidlik etmişik. Fransa ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə heç bir aktivlik göstərmədi əksinə münaqişənin həlli məsələsi ilə əlaqədar qərəzli, birtərəfli yanaşma ortaya qoydu. Fransanın bu qəbuledilməz mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edir. Vətən müharibəsi dövründə Fransa prezidenti əlindən gələni etdi ki, müharibəni dayandırsın. Az qala ermənilərin açıq müdafiəsi üçün bütün dünya liderlərinə zənglər edib yalvarsın. 44 günlük müharibə dövründə də Makronun açıqlamaları Fransa hakimiyyətinin beynəlxalq hüquq normalarına zidd və qərəzli mövqe sərgilədiyini təsdiqləyib. Makronun Fransanın yox Ermənistanın maraqlarını düşünürmüş kimi davranmaqla əslində ölkəsinin maraqlarını zərbə altında qoyur. Fransa prezidenti Emmanuel Makronun qərəzli bəyanatlarına ən sərt reaksiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı gəldi. Prezident İlham Əliyev: Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.Son faktlar onu göstərir ki, Makron erməni lobbisi və diasporunun təsiri altındadır. Azərbaycan öz milli güc resursları vasitəsilə münaqişənin hərbi-siyasi yolla həllinə nail olub. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb. Təcavüzkar Ermənistan məğlub ölkə kimi kapitulyasiya aktını imzalayıb. Azərbaycan regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması istiqamətində mövcud geostrateji reallıqlara uyğun və gələcəyə hesablanmış konkret addımlar atır.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə