Makron bu acınacaqlı cəhdləri Fransanın xarici siyasətinin, xüsusən də Afrika qitəsi ölkələrinə münasibətdə tam fiaskosu fonunda nümayiş etdirir. Belə ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalına verdiyi intervyuda deyib ki, guya Azərbaycan Qarabağda “dəhşətli müharibəyə başlayıb” və bu ilin sentyabrında Ermənistanla “sərhəd boyu bir neçə dəfə hücuma keçib”. O, həmçinin bəyan edib ki, Moskva bu münaqişədən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə edir. Fransa prezidentinin həddini aşan bu mövqeyinə cavab olaraq MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında çıxış edən dövlətimizin başçısı İlham Əliyev Makronun həqiqətə zidd olan demarşına aydın şəkildə ifadə olunmuş, obyektiv qiymət verərək demişdir: “Praqa görüşündən bir həftə sonra Fransa prezidenti təhqiredici, qəbuledilməz, yalan və təxribat xarakterli bəyanatlar verdi. O, bu bəyanatlarında Azərbaycanı dəhşətli müharibə aparmaqda ittiham edib, bununla da faktlarla manipulyasiya edərək Fransanı və dünya ictimaiyyətini çaşdırmağa çalışıb”.Dövlətimizin başçısı, həmçinin Makronun Rusiyanın Qarabağda sülhün bərqərar olunmasına töhfə verməsi ilə bağlı təmayüllü bəyanatlarını yanlış hesab edərək, bu cür bəyanatları “qəti şəkildə pislədiyini və rədd etdiyini” vurğulayıb. Və qeyd edib ki, Fransa rəhbərliyinin bu cür yanaşması ilə Parisin “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol oynaması” üçün heç bir fürsət görmür.
Bu da danılmaz faktordur ki, Fansanın dövlət başçıları hər zaman erməniləri dəstəkləyiblər. Bu baxımdan Emmanuel Makron da istisna deyil. Erməni təşkilatlarının tədbirində iştirak edir, illik görüşlərinə qatılır. Hətta onlara söz verdi ki, Fransada “erməni genosidi”nin anım günü təyin olunacaq və hər il qeyd ediləcək. Ermənilərə bu cür dəstək göstərən dövlətin başçısından, təbii ki, başqa mövqe gözləmək absurddur. Makronun belə mövqe sərgiləməsinin başlıca səbəbi Fransada güclü olan erməni diasporu amilidir. İndi təsəvvür edin ki, belə mövqedə olan bir ölkə 30 il Minsk qrupunun həmsədrlərindən biri olub. Və Makronun çıxışlarında heç bir demokratik etiket normalarını gözləmədən Azərbaycanı başqa ölkənin ərazisinə təcavüzdə günahlandırır. Azərbaycana qarşı davamlı təxribatlar törədən Ermənistanın yanında yer almağa üstünlük verir, "Qarabağ məsələsində İrəvan mənə arxalana bilər" deyə hegemonluq edir”. Ancaq E.Makronun bu acınacaqlı cəhdləri Fransanın xarici siyasətinin, xüsusən də Afrika qitəsi ölkələrinə münasibətdə tam fiaskosu fonunda nümayiş etdirir. Ümumiyyətlə, oxucunun diqqətinə çatdırmaq istərdim ki, Makronun Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti beynəlxalq səviyyəli görkəmli dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin həyat keçirdiyi siyəsətin qarşısında uğursuzluğunu təmdiqləyir. Həmçinin, Ali Baş Komandan həmişə revanşizm ideyalarına aludə olan və bu məsələdə Makron rejiminə arxalanan Ermənistanın istənilən təxribatçı hərəkətini dəf etməyə hazır olduğunu nümayiş etdirir. Eyni zamanda, danışıqlar prosesindən kənarda qalan Fransa yenidən danışıqlar prosesinə qoşulmaq, vasitəçilik missiyasını icra etməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədri olduğu müddət ərzində ədalətsiz və yarıtmaz fəaliyyəti ilə yadda qalan Fransanın yenidən vasitəçilik etmək istəməsi mümkünsüzdür. Və birmənalı şəkildə hər kəs anlamalıdır ki, tarixi ədaləti özü təkbaşına bərpa edən və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız nəyi, necə və nə zaman etməli olduğunu çox gözəl bilir və müdrik, uzaqgörən, ölkəmizin milli maraqları və inkşafı üçün gecə-gündüz yorulmadan çalışan bir Lideri olan Azərbaycanın heç bir vasitəçiyə ehtiyacı yoxdur.
FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB