Ağdam rayonunda şəhid Mədət Qənbərovun xatirəsi anılıb

Ağdam rayonunda şəhid Mədət Qənbərovun xatirəsi anılıb

Ağdam rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Qənbərov Mədət Əzim oğlunun anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon icra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, Ağdam rayon Təhsil şöbəsi müdiri Tahir Abbasov, partiya fəalları, şəhidimizin ailə üzvüləri və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edərək, onların əziz xatirələrinə dualar oxunmuş və məktəbli şagirdlər şəhidlərimizə həsr olunmuş müxtəlif şeir kompozisiyaları söyləmiş, həmçinin rayon ziyalıları da çıxışlar ediblər.

Daha sonra tədbir iştirakçıları Qənbərov Mədət Əzim oğlunun evini ziyarət ediblər, şəhidimizin ailə üzvlərinin problemləri ilə maraqlanıblar.

Şəhid Mədət Qənbərov Ağdam rayon 69 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışmışdır.

Şəhidimizin ailə üzvüləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Qənbərov Mədət Əzim oğlu 2020-ci ilin oktyabr ayının 17-də Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, o, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə