"Azərbaycan Prezidentinin təşəbbüsü ondan ibarət idi ki,..." - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidentinin təşəbbüsü ondan ibarət idi ki,..." - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Türkdilli dövlətlərin birliyi demək olar ki, yeni keyfiyyət fazasına qədəm qoyur və bu işdə Azərbaycanın ciddi xüsusi rolu var. Baxmayaraq ki, Azərbaycan nisbətən digər məmləkətlərdən bir az yığcamdır, əhalisi bəlkə də azdır. Lakin buna baxmayaraq rəsmi Bakı həmişə türkdilli dövlətlərin yaxınlığına, onların arasında münasibətlərin sıx olmasına böyük diqqət və rol ayırıb. Bu baxımdan, biz Naxçıvanda bəyannamənin imzalanmasını yada salsaq, o artıq bir çağırış idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, burada Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və digər məmləkətlərin rəhbərləri var idi: "O hadisədən sonra demək olar ki, bu birlik yeni bir nəfəs aldı. Yəni, rəsmən adı şura idi, amma indi biz bilirik ki, bu keyfiyyət mərhələsinin dəyişilməsi yeni təşkilatın haqqında danışmağa imkan verir və bu təşkilat artıq mövcuddur".

Politoloq sözlərinə belə davam edib: "Azərbaycan Prezidentinin təşəbbüsü ondan ibarət idi ki, biz artıq bir cərgədə olmağa yetişmişik və bunun üçün böyük zərurət var. Çünki biz bilirik dünyada yenidən yeni bloklar formalaşır. Bəziləri siyasi zəmində onlar özlərini vacib sayırlar. Amma əslində iqtisadi komponent hamısını üstələyir. Çünki bir halda ki, bizim aramızda yerüstü sərhədlər var, gediş-gəliş bizim üçün bir o qədər də problem törətmir.

İndi Qazaxıstan öz yerində Qazaxıstan Azərbaycan kimi postsovet məkanında da axtarıcı məmləkətlərdən biridir. Amma Qırğızıstan bir qədər geridə qalıb. Çünki biz orada özünəməxsus çevrilişlərin, katakizlərin paradını görürdük, müşahidə edirdik və bu, heç də yaxşı hal deyildi. Çünki birincisi, ölkə daxilində milli konsensus çox zəif və kövrək idi. Digər tərəfdən xarici müdaxilələr imkan vermirdi ki, Qırğızıstan xalqı özü öz müqəddəratını həll etsin və nəhayət, bəzi eksperimentlər də orada yer alırdı.

Prezidentimizin ora səfəri bu çox vacib bir səfərdir. Çünki ümumiyyətlə, türkdilli dövlətlərin hamısı öz gələcək planlarını Azərbaycanın planları ilə tənzimləyir və bizim baxışlarımızla uyğunlaşdırırlar. Nəzərə alsaq ki, hətta pandemiya dövründə Azərbaycanın səyləri nəticəsində türkdilli ölkələrin arasında olan bu mal dövriyyəsi, daşımalar, mübadilə onlar hətta öz müsbət dinamikasını saxlaya bilmişdilər. Bu, ilk növbədə, ona görə baş vermişdi ki, Azərbaycan bu proseslərdə həqiqətən də vacib rol oynayırdı və sonra biz gördük ki, Macarıstan Avropa İttifaqının tam hüququ kimi artıq bu təşkilatda özü də müşahidəçi qismində olmağı istədi. Gördük ki, bu proseslərdə türk dünyası artıq cazibə mərkəzinə çevrilir. Burada əsas bir məqam ondan ibarətdir ki, elə Ermənistan özü bütün dünyaya car çəkir ki, türkdilli dünya birləşir və necə olur ki, məsəl üçün Ermənistan özü Frankafoniya klubuna daxil olur ki, halbuki onun fransız dilinə, fransız mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Amma zorla fransızlar da onları əlaltıları kimi ora salıblar ki, bunlara himayə göstərsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə