"Biz QHT-lər olaraq buna öz etirazımızı bildiririk" - MÜNASİBƏT BİLDİRİLDİ
"İki il bundan öncə Ermənistan tərəfindən Gəncəyə qarşı törədilən terror aktlarında QHT-lərlə Gəncəyə səfər etdik. Məsələləri elə yerindəcə gördük və bir daha dünya ictimaiyyətinə bəyan etdik ki, Ermənistan Gəncədə mülki əhaliyə qarşı terror hadisəsi törədib". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, ermənilər müharibədə olan uğursuzluqlara görə mülki əhaliyə qarşı terror törədib: "Bu məsələlər o vaxtı da dünya ictimaiyyətinə çatdırıldı. İndiyə qədər Azərbaycana qarşı ikili standart mövqeyində olan və indi də belə olan bəzi QHT-lər, "Human Rights Watch" və s. bir cümlə də olsa dedilər ki, mülki əhaliyə qarşı terror halları yolverilməzdir. Onların başqa bir cümlə deməyə cəsarətləri çatmadı".
Rauf Zeyni sözlərinə belə davam edib: "Onlar açıq-aydın öz sözlərini deyə bilmədilər. Biz bu terroru bütün dünyaya bəyan etsək də, dünya susur. Beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Yenə də Azərbaycana qarşı həyata keçirilən terror aktlarına beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymət verilmir. Biz də QHT-lər olaraq buna öz etirazımızı bildiririk".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB