17 oktyabr Füzuli şəhərinin işğaldan azad edildiyi tarixdir. Bu tarixi gün 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutmasının qarşısını almaq üçün Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrinə uyğun olaraq başladığı Zəfər yürüşünün təhlilini bir zərurətə çevirir. Füzuli şəhəri rəşadətli Ordumuzun 44 gündə azad etdiyi 5 şəhərdən biridir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Füzuli şəhərinin azad edilməsinin birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Füzuliyə xoş gəlmisiniz” müraciətini böyük qürur hissi ilə ifadə edərək bildirdi ki, 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq: “Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.” Bu fikirlərin davamı olaraq o da bildirildi ki, Füzuliyə həyat qayıdır və qayıdacaq. Bu işləri görmək üçün uzun illər göstərilən səylər göz önündədir.
Uzun illər həm torpaqlarımızı azad etmək üçün diplomatik mübarizədə qələbəmizi təmin etdik,ordumuzu gücləndirdik, həm də post müharibədövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratdıq. Ölkəmizin iqtisadi qüdrətini artırmaq üçün atılan addımlar davamlı xarakter aldı. Dövrün tələblərinə uyğun həyata keçirilən islahatlar bütün sahələrdə inkişafı sürətləndirdi. Yeni texnologiyaların tətbiqi, kadr potensialının yaradılması prioritet məsələkimi öndə oldu. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Azərbaycan dünya hərb tarixində istisna olaraq müharibədən sonra dərhal bərpa və quruculuq işlərinə başladı.
Bu gün Füzilunin timsalında işğaldan azad edilmiş digər ərazilərimizdə də görülən işlərin aydın mənzərəsini yaratmaq mümkündür. Şəhərin Baş planı tərtib edilib. İşğaldan azad edilmiş bütün şəhər vəkəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulur. Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in təməli qoyulub.
Hər bir bölgənin inkişafında yol infrastrukturunun önəmini xüsusi qeyd edən cənab İlham Əliyev bərpa-quruculuq işlərində də bu istiqamətdə addımların atılmasını prioritet məsələ kimi qarşıya qoydu. Rəmzi məna daşıyan Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda istifadəyə verilməsiAzərbaycanın iqtisadi və maliyyə imkanlarını təqdim etməklə yanaşı, soydaşlarımızın rahat yaşayını təminetmək, tarixi Zəfərimizi bir daha dünyaya təqdim etmək məqsədinə də xidmət edir. Yol inkişafdır, tərəqqidir. Dünyaya açılan hava qapısı –Füzuli Beynəlxalq Hava Limanı bu ərazilərimizin malikolduqları imkanlardan səmərəli istifadəyə, turizm imkanlarından bəhrələnməyə yol açacaq. Ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
Füzuli şəhərində erməni vəhşiliklərini, eyni zamanda, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini görmək üçün lazımi şərait yaradılır. Şuşa və Ağdam şəhəri ilə yanaşı, Füzuliyə də avtobus reysləri açılıb. Həmçinin bu ərazilərimizə mütəmadi səfər edən xarici ekspertlər, jurnalistlər gördükləri mənzərələrdən təəcüblənirlər. Bu torpaqlarda bir daş daş üstə qalmayıb. Füzulitamamilə yerlə-yeksan edilib.
Bu gün dağıntılar müasir tələblərə cavab verən bərpaişləri ilə əvəzlənir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. Hazırda işğaldan azadedilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Bu, dünyaya, işğalçı Ermənistana ciddi mesajdır. Dövlət başçısı İlham Əliyev bu il Anım Günündə Füzuliyə səfəri zamanı çıxışında bir daha bəyan etdi: “Bu gün şəhidlərimizin əziz xatirəsini yadedərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Gülər Kərimova
YAP Şabran rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB