Düzdür Azərbaycan 30-il bundan öncə yenicə müstəqillik əldə etmiş bir ölkə olaraq hələ çox zəif idi. Azərbaycandakı siyasi mənzərə həddindən artıq gərgin idi. Çünki ölkədəki hakimiyyət boşluğu səbəbindən anarxiya hökm sürür, xoşagəlməz xaos yaşanırdı. Bu uzun müddət davam edərdisə, Azərbaycan daha böyük fəlakətlərin içərisinə yuvarlana bilərdi. Yeganə çıxış yolu güclü liderin ölkənin idarəçilik sükanını əlinə almasından keçirdi.Dövlətdə rəhbər olaraq Ulu Öndər Heydər Əliyev gətirildi. Nəticə olaraq isə Azərbaycan məhv olma təhlükəsindən qurtulmuş oldu.
15 oktyabr 2003-cü il tarixində isə Azərbaycan Respublikasının rəhbərliyinə Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev gəldi. Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərlik etdiyi dövrdə Azərbaycan öz qurtuluşunu yaşadı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında artıq Azərbaycan çiçəklənməyə başlamışdır. Cənab İlham Əliyev Prezident seçildikdən sonra qarşıya qoyulan tapşırıqların icrasında əsas məsələlərdən biri də sosial rifah amilini qoymuşdur ki, rəhbərlik etdiyi ölkənin vətəndaşlarının yaşayış səviyyəsi daim yüksəkdə olsun.
Bundan başqa Cənab Prezident İlham Əliyevin siyasi fəlsəfəsindən biridə Azərbaycançılıq dururdu ki, bu istiqamətdə ölkə rəhbəri olaraq daim bu məsələni diqqətdə saxlayırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə daxili siyasətdə deyil, həmçinin xarici siyasətdə də Azərbaycanı regionun ən güclü və suveren ölkəsinə çevirmişdir.
Cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə Prezident seçiləndə qarşıya qoyduğu əsas prioritet məsələdən biri də ordu quruculuğu olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər gələcəkdə Qarabağ münaqişəsini həll istiqamətində olan əsas proses kimi görülürdü. Nəhayətki 27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən “İkinci Qarabağ” savaşında Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Müzəffər Azərbaycan ordusu illər öncə ordu quruculuğunda qoyduğu təməli döyüşdə düşməni darmadağın etməklə öz gücünü göstərmiş oldu. Bax budur əsil Azərbaycan Sərkərdəsi! Bax budur Azərbaycan Rəhbəri!
Yaşasın Cənab Ali Baş Komandan!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB