“Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qabaqcıl siyasətinin bəhrəsidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“2003-cü il oktyabr ayında İlham Əliyev prezident seçildi. Bu gün ölkə başçısının yürütdüyü xarici və daxili siyasət bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərlə davam edir. Mən deyərdim ki, İlham Əliyev Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin dövlətimiz və xalqımız üçün görəcəyi bütün missiyanı tamamlayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada tanınan, sözünə imzasına etibar edilən dövlətə çevrilib: “Azərbaycan Ali Baş Komandanı öz güclü ordusu ilə 30 illik haqsızlığa son qoyaraq, öz ərazi bütövlüyünü tamamladı. İndi Azərbaycan güclü, müstəqil, demokratik və ərazi bütövüyü bərpa olunan qürurlu dövlətdir.
Vaxtilə bir çox ölkələr Azərbaycana qarşı idi, haqlı mövqeyini tanımaq istəmirdi, lakin İlham Əliyevin siyasəti məhz Azərbaycanımızı dünyaya tanıdıb, mövqeyini müsbətə doğru dəyişə bildi. Ölkə başçısı şəxsən beynəlxalq aləmin aparıcı media orqanları vasitəsilə Azərbaycan xalqının səsini çatdırdı. Bu təkcə 44 günlük zəfər dolu müharibə günlərində deyil, əvvəl də bütün imkanlardan istifadə olunub, Qarabağla bağlı reallıqlar dünyaya çatdırılırdı. Məhz buna görə də Vətən müharibəsi zamanı Azərbaycan bir çox ölkədən mənəvi dəstək gördü”.
Deputat sözlərinə belə davam edib: “Bu illərdə xarici siyasətdə olduğu kimi daxili siyasətdə də uğura hesablanmış addımlar atıldı. Əhalinin rifah halının yaxşılaşdırılması üçün davamlı olaraq islahatlar aparılır. Həmçinin, Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, qaziləri və veteranları daima dövlət dəstəyilə əhatə olunur. Qanunvericilliyimiz sırf bu kateqoriyadan olanların təminatı üçün günü- gündən təkminləşdirilir. Bu gün Azərbaycan öz gücünə viran qoyulmuş Qarabağı bərpa edir. Heç bir xarici ölkədən borc almadan, köməklik istəmədən, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qabaqcıl siyasətinin bəhrəsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB