Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir ŞƏRH

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir ŞƏRH

Azərbaycan ilə Qırğızıstan münasibətləri kifayət qədər qədim tarixlərə malikdir. Fakt həm də budur ki, həm azərbaycanlılar həm də qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir ki, hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı soydaşlarımız yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirirlər.

Prezidenti İlham Əliyevin 11 oktyabr 2022-ci il tarixdə Qırğızıstana dövlət səfəri və səfər zamanı Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu fond iki ölkə arasında investisiyaların cəlb edilməsi işinə, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə töhvə verəcəkdir. Bu gün Azərbaycan istər qonşu, istərsədə türk dövlətləri ilə beynəlxalq əlaqələrin qurulmasında mühüm addımlar atmışdır. Bütün bun uğurlar ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.

O da əbəs deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Bişkekdə mətbuata verdiyi bəyanatında iki ölkə arasındakı nəticələrə hədəflənmiş əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçdiyini, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın mühüm əhəmiyyət daşıdığını, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardığını xatırlamış, effektiv əməkdaşlığın konkret nümunələrini yada salmışdır. Azərbaycanın iki peyki - "Azersky" və "Azerspace-1" Qırğızıstandan olan tərəfdaşlarımıza yüksək xidmətlər göstərir. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər.

Daha bir əhəmiyyətli məqam isə Qırğızıstanın paytaxtı Bişkekdə ən böyük məktəblərdən birinin Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin adını, digər məktəbin isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Bütün bunların fonunda Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da münasibətlərimizin perspektivliyini təmin edəcək və xalqlarımızın yaxın münasibətlərini daha da möhkəmləndirəcək. Artıq Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızın da Qırğızıstan şəhərləri ilə qardaşlaşması barədə çox əhəmiyyətli qərar verilib.

O da faktıdr ki, Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır. Bəyannamə uğurla həyata keçir. Birgə İnkişaf Fondunun yaradılması da bu amillərdən biridir. İki ölkə arasında nəqliyyat-tranzit sahəsində planlaşdırılan yeni yollar kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək bu mühüm vasitə özündə bir sıra yenilikləri ehtiva edir: həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla geniş nəqliyyat infrastrukturu dünyaya açılacaq. Eləcə də, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır. Bununla da iki ölkə arasında imzalanan çoxsaylı sazişlər ikitərəfli məsələlərin səmərəli həllində, ölkələrarası münasibətlərin yaxşı məcrada gələcək inkişafında çox müsbət rol oynayacaqdır.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə