Azərbaycan – Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir ŞƏRH
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə bağlı olan türk xalqlarıdı. Azərbaycan və Qırğızıstan Resbuplikaları arasında münasibətlər tarixi dövrü əhatə edir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, keçmiş Postsovet məkanında olan türk dövlətlərilə münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başladı. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında sıx əlaqələrin yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə baş tutub. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanı qurub yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz Ulu Öndərin müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Bu gün Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imazalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir.
Prezident İlham Əliyevin oktyabrın 11-də Qırğızıstana rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində doqquz çox mühüm sənəd imzalandı. İmzalanmış sənədlər ticarət – iqtisadi, nəqliyyat, humanitar sahələrdə, kiçik və orta biznesin inkişafı sahəsində, Dövlətlərarası Şuranın fəaliyyətinin genişləndirilməsi nöqteyi-nəzərindən olduqca əlamətdardır. Bu sənədlər Azərbaycan – Qırğızıstan arasındaki münasibətlərini yeni mərhələyə qaldırır.Bununla yanaşı, Azərbaycan –Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb, iki ümumtəhsil məktəbinin – Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışları olub. Yəni, bütün bunlar iki ölkə arasında münasibətlərdə həqiqətən ciddi dəyişikliklərin baş verməsini göstərir. Nəticə etibarilə hər iki dövlətin milli maraqlarına xidmət edir. Azərbaycan – Qırğızıstan İnkişaf Fondunun yaradılmasını xüsusi olaraq qeyd etmək lazımdır. Fond iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək. Son zamanlar dünyada baş verən hadisələr fonunda Azərbaycanın tranzit imkanları daha da genişlənib, ölkəmiz Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini gücləndirə bilər.Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir və xalqlarımız arasındakı körpülərin dayaqlarını möhkəmləndirir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcək, Azərbaycan və Qırğızıstan arasında əlaqələr bütün sahələr üzrə də genişlənəcəkdir.
Tural Hüseynzadə,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB