Lerikdə Əmrah Əkbərovun anım mərasimi keçirilib FOTOLAR

Lerikdə Əmrah Əkbərovun anım mərasimi keçirilib FOTOLAR

Bu gün Lerik rayonun Livədirqə kəndində Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, Vətən Müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı" ordenli Əkbərov Əmrah Şahid oğlunun anım mərasimi keçirilib. Lerik rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri şəhidin məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni məzarlıqda uyuyan digər şəhidlərində məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib. Xatırladaq ki, şəhid Əmrah Əkbərov 1998-ci il fevralın 21-də Lerik rayonun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedib. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirib. 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2016-cı ildə həmin litseyi bitirib. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Hadrut döyüşləri zamanı qəhramancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, Əkbərov Əmrah Şahid oğlu ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Hərbi xidmətlərə görə" medalları , "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə