Qarabağ və Zəngəzur yenidən qurulur ŞƏRH

Qarabağ və Zəngəzur yenidən qurulur ŞƏRH

Bildiyimiz kimi, Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox iştirakçı qatıldığı Forum erməni vandalizmini beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca əhəmiyyət kəsb edirdi.
Prezident cənab İlham Əliyev Forumda çıxış edərək bir daha Ağdamın eləcə də işğal altında olmuş digər şəhərlərimizin ermənilər tərəfindən tamamilə dağıdıldığını , yerlə-yeksan edildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ağdamın işğal illərində dağıdıldığını vurğulayan Dövlət başçımız qeyd etdi ki, İşğal dövründə bütün şəhərimiz talan edilmiş, lakin Ağdam xüsusi qəddarlıqla dağıdılmış, evlər sökülərək daşlarına qədər satılmışdır. Bütün dini, mədəni abidələrimiz təhqir edilərək yerlə yeksan edilmişdir. Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var.
Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyindən bəhs edən Prezident cənab İlham Əliyev ATƏT-dən mandat alan bu qurumun 30 ilə yaxın bir müddət ərzində heç bir müsbət nəticə əldə etmədiyini bir daha vurğuladı. Dövlət başçımız qeyd etdi ki, “ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər ”. Prezidentimizin də söylədiyi kimi, məhs bütün bunlara görə də Azərbaycan özü beynəlxalq hüququ bərpa edib,tarixi ədalətsizliyə son qoydu. Azərbaycan özü BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək milli ləyaqətini bərpa etdi.
Qarabağ bölgəsində yaşayan ermənilərin məsələsinə toxunan dövlət başçımız bildirdi ki, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik.Prezidentimiz bununla da bir daha nümayiş etdirdi ki, Azərbaycan tam müstəqil siyasət yürüdür.Eyni zamanda konkret olaraq mesaj ünvanladı ki, heç kim bizim daxili işimizə qarışmasın.
Cənab İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə görülən abadlıq quruculuq işlərindən də söhbət açdı, ətraflı məlumat verdi və qeyd etdi ki, artıq Böyük Qayıdış proqramı başlayıb. İşğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik . Heç bir şübhəmiz yoxdur ki, Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq.
Beləliklə , Forum istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də müharibədən sonrakı dönəm də erməni hərbi cinayətlərini, erməni vandalizmini,mövcud reallıqları dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm rol oynadı.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə