“Bakı və İrəvan sülh müqaviləsinin bəndləri üzrə razılığa gəliblər” - Türkiyə XİN
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TVnet-ə müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər.
“Əsas məqamlar üzrə (onlar beşdir - M.Ç) razılıq əldə olundu. Buraya bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. daxildir. Yalnız onları həyata keçirmək qalır”, - deyə açıqlamada deyilir.
O, həmçinin əlavə edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi və Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın paytaxtında Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB