“Zəfər Yolu” komandasının üzvləri ilə görüş keçirilib FOTOLAR

“Zəfər Yolu” komandasının üzvləri ilə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş, mini-futbol üzrə Respublika turnirlərində iştirak edəcək Lerik rayonunu təmsil edən “Zəfər Yolu” komandasının üzvləri ilə YAP Lerik rayon təşkilatında görüş keçirilib. YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxış edərək gənclərin belə bir turnirdə iştirakı idmana, sağlam həyat tərzinə marağı artırır, dünyagörüşünü genişləndirməyə, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçılarla təcrübə mübadiləsi aparmağa fürsət yaratdığını vurğulayaraq iştirakçılara uğurlar arzuladı. Sonda komanda üzvləri turnirin formatı və qaydaları ilə yaxından tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə