“Bu görüş Azərbaycanın bölgədə güclü bir tərəfdaş olduğunu ortaya qoydu” - DEPUTAT ŞƏRH ETDİ
“Praqada “Avropa siyasi birliyi” Zirvə toplantısına Prezident İlham Əliyevin dəvət olunması, dövlət başçısının keçirtdiyi görüşlər əlbəttə ki, çox əhəmiyyətli idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu görüş Azərbaycanın mövqelərinin bir daha möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyırdı: “Həmçinin bu görüş Azərbaycanın bölgədə əhəmiyyətli partnyor və güclü bir tərəfdaş olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, bütün bunlar həm ölkəmiz üçün, həm də bölgə üçün çox böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda Praqada keçirilən dördtərəfli görüş də bölgədə sülhün ədalət prinsipləri çərçivəsində bərqərar olunması və Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB