Ermənistanda tələm-tələsik hərbi təlimlər: NƏ BAŞ VERİR?

Ermənistanda tələm-tələsik hərbi təlimlər: NƏ BAŞ VERİR?

Hüquq müdafiəçisi Armine Sadikyan: “Hazırlıq üçün cəmi bir neçə dəqiqə, toplanışa isə bir saat vaxt verilir, daha sonra isə onlar təlim düşərgələrinə göndərilirlər”

Ermənistanda ehtiyatda olan hərbçilərin hərbi təlimlərlə cəlb olunmamarı üçün elan edilmiş çağırış proseduranda qəribə hadisələr baş verməkdədir. Erməni KİV-lərinin və sosial şəbəkələrinin yazdıqlarına görə, çağırış məntəqələrinə gələn insanlar heç bir tibbi müayinə keçmədən və sağlamlıqları haqqında hər hansı məlumat verilmədən təyin olnuduqları “X” istiqamətlərinə göndərilirlər. Halbuki, qanunun tələblərinə görə, çağırışçılara təyin olunduqları istiqamətlərə göndərilmələri üçün onlara 20 gün vaxt verilməlidir. Məsələn, çağırış vərəqəsi alan şəxslərdən biri Ermənistanın “Azadlıq” radiosuna danışarkən deyib ki, vərəqəni aldıqdan cəmi iki saat sonra ona hərbi komissarlığa getmək tapşırığı verilib. Bu kimi hallar isə son vaxtlar daha da çoxalıb və erməni ictimai rəyində təşviş doğurur.

Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin nümayəndəsi: “Təlim düşərgəsindən sonra aparıldıqları istiqamətləri də ilk günlər gizli saxlanılır”

Olanlarla bağlı adıçəkilən media qurumuna açıqlama verən Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin nümayəndəsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi məsələləri ilə təhkim edilən Armine Sadikyan bildirib ki, təkcə bir neçə gündə onlara 10 nəfərdən çox insan müraciət edib. “Onların hər birinə çağırış günü hərbi komissarlığa gedərək qeydiyyatdan keçmək əmri verilib”, deyə hüquq müdafiəçisi qeyd edib. SİTAT: “Hazırlıq üçün cəmi bir neçə dəqiqə, toplanışa isə bir saat vaxt verilir, daha sonra isə onlar təlim düşərgələrinə göndərilirlər ki, bu da kobud qanun pozuntusudur. Üstəlik, təlim düşərgəsindən sonra aparıldıqları istiqamətləri də ilk günlər gizli saxlanılır. Hansı ki, vətəndaşlar tibbi müayinədən keçməlidirlər ki, bu mərhələdən də kənarda qalırlar”.

Artıq bəllidir ki, son proseslər Ermənistanda revanşizm hisslərinin get-gedə artdığını göstərir və mümkündür ki, ölkədə qeyri-rəsmi səfərbərlik mühiti də işə salınıb və əgər həqiqətən də belədirsə, bu zaman hərbi təlimlər adı ilə orduya cəlb olunanların hansı məqsədlə və tələm-tələsik toplanmaları da əslində bu ölkədə nələrin cərəyan etdiyini açıq şəkildə göstərir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə