Bolqarıstan səfəri ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir ŞƏRH

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfər edib.Səfər çərçivəsində Dövlət başçımız Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub, görüş başa çatandan sonra Prezidentər mətbuata bəyanatlarla çıxış ediblər. Prezient İlham Əliyev eyni zamanda aparıcı biznes dairələrinin nümayəndələri, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb. Oktyabrın 1-də isə Dövlətimizin başçısı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib.Dövlət başçımızın Bolqarıstana rəsmi səfəri və həyata keçirdiyi görüşlər mühüm tarixi dövrə təsadüf etməklə yanaşı, eyni zamanda ölkələrimiz üçün bir çox məqamlar baxımından vacib əhəmiyyət kəsb edir. Həmçinin bu tarixi səfər Azərbaycanı enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artması prosesini daha da sürətləndiyini təsdiq edən hadisədir.Dünyada baş verən proseslər Avropa ölkələri üçün respublikamızın həm siyasi, həm də iqtisadi dəyərini xüsusilə artırmışdır. Bu baxımdan ölkə başıçısının Bolqarıstana bu rəsmi səfəri bir sıra vacib məqamlarla diqqəti çəkdi. Ən yüksək səviyyədə keçirilən görüşlər, imzalanan sənədlər iki dost və strateji tərəfdaş ölkələr kimi Azərbaycan və Bolqarıstan arasında siyasi əlaqələrin ötən illər ərzində dinamik inkişaf etdiyini göstərir. Hər iki ölkənin dövlət başçıları və hökumət üzvləri səviyyəsində reallaşan çoxsaylı görüşlər enerji təhlükəsizliyi sahəsində yeni uğurların əldə ediləcəyini düşünməyə əsas verir.Azərbaycanla Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələr kimi bir biri ilə daha sıx əlaqələrə malikdir. Və sözsüz ki, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əməkdaşlığın davamlılığına xüsusi töhfələr vermişdir. Ötən müddət ərzində bu sənəddə təsbit edilmiş bütün məsələlər gerçək həyatda reallaşmış və bu əsasla bir sıra tarixi nailiyyətlərə səbəb olmuşdur. Hazırkı dönəmdə isə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin iki qat rəmzi var. Birincisi ondan ibarətdir ki, bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin 30 ili tamam olur. İkincisi isə Yununasıtan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı ilə əlaqədardır. Həmin İnterkonnektor- həm Bolqarıstan, həm də Şərqi Avropa üçün mühüm əhəmiyyət kəsb edən bir layihədir. Bu İnterkonnektor Bolqarıstana ilk dəfə olaraq Azərbaycanda təbii qaz almağa imkan yaradacaq, həmin layihə öz növbəsində Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu ele bir infrastruktur layihədir ki, təkcə Azərbaycan və Bolqarıstan arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığın inkişafına öz təsirini göstərəcək.

Bəllidir ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Sözsüz ki, indiki şəraitdə bunun əhəmiyyəti daha da artıb. Azərbaycan uzun illərdir ki, etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulmuşdur ki, bu da eyni zamanda bütün dövrlərdə olduğu kimi, enerji təhlükəsizliyi məsələlərinin hazırki dönəmdə də mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Yunanıstan- Bolqarıstan interkonnektoru tarixi əhəmiyyətə malikdir və bu layihə həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük fayda gətirəcək. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatının ən azı 2 dəfə artıracaqdır. Bu, Avropanın indiki enerji durumunda çox əhəmiyyətli bir hadisədir. Ümumiyyətlə, ölkəmizin enerji siyasətində əsas meyarı daha çox ölkələri təbii qazla təmin etməkdən ibarətdir.Bu gün Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Bütün bu infrastruktur obyektləri Azərbaycan üzərindən tranzit yüklərin həcmini artırmaq məqsədi güdür.Prezident İlham Əliyevin son səfərindən sonra iqtisadi sahədə dərinləşəcək əməkdaşlıqda mühüm məqamlardan biri də Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunması, işğaldan azad olunmuş ərazilərdə əməkdaşlıq üçün yeni imkanlar yaradılmasıdır. Bu əlverişli imkanlar isə ölkəmizin beynəlxalq iqtisadi münasibətlərinin inkişafında yeni bir səhifənin başlanğıcını şərtləndirir.Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha da önəmli rol oynamasını təmin edəcəkdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə