"Təxribatlar ermənilərin xislətindən irəli gələn bir hərəkətdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan tərəfindən təxribatların bitəcəyinə inanmıram". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, son 30 ildə Ermənistan tərəfi təxribat törədib: "Təxribatlar ermənilərin xislətindən irəli gələn bir hərəkətdir. Bu sağalmaz bir xəstəlikdir. Bu səbəbdən təxribatların bitəcəyinə inanmaq sadəlövlük olardı. Son təxribatlarda da Azərbaycan öz sözünü dedi və gücünü göstərdi.

Ermənistanın daxilində çox ciddi problemlər var. Əlbəttə ki, bu bizim yox, onların problemidir. Görünən odur ki, Ermənistan daxilində gedən proseslər Paşinyanın hakimiyyətdən getməsinə nail ola bilməyəcək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə