"Gənc nəsil üçün Heydər Əliyevin həyatı bir örnəkdir" - DEPUTAT ŞƏRH ETDİ

"Gənc nəsil üçün Heydər Əliyevin həyatı bir örnəkdir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan olan xidmətləri hələ də tam dərk edilməyib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, müdrik və uzaqgörən liderimizin həyatı, fəaliyyəti barəsində çox kitablar, məqalələr yazılsa da, hələ bu böyük insanın Azərbaycana olan xidmətləri, ölkəmizin bu günü, gələcəyini riyazi dəqiqliklə hesablaması təbii ki, Azərbaycan var olduqca bu insanın adı ilə bağlı olacaq: "Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev” ili elan olunması məntiqi addımdır.

Heydər Əliyevin hakimiyyətini bir neçə mərhələyə bölmək olar. 1969-cu ildə Azərbaycana rəhbərlik etməsi ölkəmizin qısa vaxt ərzində ən inkişaf etmiş, rentabelli respublikalardan birinə çevrilməsi Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində baş tutub. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsi isə ölkəmizi dövlət olaraq yox olmaqdan var olmağa döndərdi. Bugünkü müasir Azərbaycan Ümummilli Liderimizin əsəri sayılıb. Prezident İlham Əliyev yeni çağırışlara uyğun olaraq daha da böyük səviyyədə inkişaf etdirir. Düşünürəm ki, 2023-cü il çox məhsuldar il olacaq. Böyüməkdə, inkişaf etməkdə olan bir gənc nəsil üçün Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir örnəkdir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə