Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır

Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır

1991-ci ildə dövlət müstəqilliyimizi yenidənbərpa edəndə xalqımız ölkəmizin tarixində yenibir səhifənin açıldığını düşündü və müstəqil Azərbaycanla bağlı xəyallarını qurdu. Təəssüflər olsun ki, o dövrdə Azərbaycana rəhbərlik edən ünsürlər dövlət quruculuğunun zəruri vəzifələrinin heç kiçik hissəsini belə həllet məyə müvəffəq ola bilmədi. İqtidarın səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilməsi Azərbaycanı müstəqiliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Xalq uğursuz siyasətin ağır nəticələrini gördükcə sabaha olan ümidini itirdi. Ümumilikdə 1991-1993-cü illəri hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin ilin 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm baza formalaşdı.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqillikyollarında yenicə addımlarını atan dövlətin qarşısında dayanan həlli vacib məsələlərdən bəhsedərkən xarici siyasətini düzgün əsaslar üzərində qurmasını xüsusi qeyd edirdi. Azərbaycan 1993-cü ildə strateji seçimini müəyyənləşdirdi. Müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etməyə başladı.

Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət yürüdən dövlət kimi tanındı. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı vəölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabər hüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlərvə beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın yaradılmasını təmin etdi. Məhz Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmasında möhkəm hüquqi bazanın yaradılması əhəmiyyətli rol oynadı. Ulu Öndərin xariciölkələrə elə bir səfəri olmadı ki, erməniyalanları tarixi faktlar əsasında ifşa olunmasın, Qarabağ münaqişəsinə diqqət yönəldilməsin. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın tarixi sahibinə qovuşması Ümummilli Liderin ən böyük arzusu idi.

Azərbaycanın uğurlu xarici siyasəti BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin qəbulunda öz sözünü dedi. Dünya güclərinin iştirakı ilə hazırlanan və qəbul olunan həmin sənədlərdə Dağlıq QarabağınAzərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb. Ulu öndər Heydər Əliyev Qarabağ münaqişəsinin həlli yollarından bəhs edərkən dövlətin qətiyyətini, xalqımızın iradəsini və beynəlxalq dəstəyi əsas amil kimi önə çəkirdi. Ən yüksək tribunalardan Qarabağ problemi ilə bağlı mövqeyimizin dəyişməz olduğu bəyan edildi. Dəyişməz mövqeyimiz bu idi: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olada bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Xalqımız torpaqlarımızın işğal altında qalması ilə barışmadığını bildirərək, ölkə Prezidentinin ətrafında sıx birləşdi, hücum əmrinə hazır olduğunu bildirdi. Üçüncü amilolan beynəlxalq dəstək də illər keçdikcə ədalətli yanaşmaya əsaslanır. Ulu öndər Heydər Əliyev daim bu faktı da qeyd edirdi ki, Qarabağ münaqişəsi tərəflərin özünə qalsaydı artıq özhəllini tapmış olardı. Amma münaqişənin beynəlxalq problemə çevrilməsi, hər dövlətin məsələnin həllinə öz maraqlarından yanaşması və maraqların üst-üstə düşməməsi münaqişənin nizamlanması prosesinə öz mənfi təsirini göstərir. Ümummilli Lider ən yüksək tribunalardan bəyan edirdi ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.

Azərbaycan 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində inamla addımlayır. Son 19 ildə Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf edərək uğurlarının zirvəsində dayanan tarixi Zəfərinə imza atdı. Bu günümüzün reallıqları Azərbaycanın dünya birliyində artan nüfuzunun aydın mənzərəsini təqdim edir.

Gülər Kərimova

YAP Şabran rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə