"Bu, şəhid ailələrinin ən çox qaldırdığı problemdir" - RAZİ NURULLAYEV
“Nazirlər Kabinetinin 25 avqust 1999-cu il qərarından sonra şəhid adının əbədiləşdirilməsi sahəsində bəzi problemlər yaranır”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, bu, şəhid ailələrinin ən çox qaldırdığı problemdir: “Qərarın ordenlə bağlı hissəsi böyük küçələrə, gəmilərə aid olaraq qalsa, yaxşı olar. Nazirlər Kabinetinin qərarına edilən düzəliş dəyişdirilməlidir. Bu düzəlişlərə yenidən baxılmalıdır. Nazirlər Kabinetinin bu qərarına görə yerli icra hakimiyyəti orqanları da qaldırılan problemləri həll edə bilmirlər. İcra hakimiyyətlərinə şəhid adının əbədiləşdirilməsi ilə bağlı əlavə səlahiyyət verilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB