Rusiya Zaporojye və Xerson vilayətlərinin müstəqilliyini tanıyıb - FƏRMAN

Rusiya Prezidenti Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin suverenliyinin və müstəqilliyinin tanınması haqqında fərman imzalayıb. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Fərmanda deyilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə