Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadənin xatirəsi yad edilib FOTOLAR

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Vətən müharibəsi şəhidi Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsi Nəsimi rayon icra hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədrinin, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə