Anım günündə Prezidentin Füzuliyə səfəri şəhidlərimizin ruhuna ehtiramdır

Şəhidlərimizin əziz xatirəsini yad edərkən hər birimiz söz verməliyik ki, müstəqilliyimizin keşiyində əbədi duracağıq, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır". Bu fikirləri Vətən müharibəsinin başlanmasının ikinci ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrında ilk şəhid verdiyimiz yerdə - şəhidlərimizin şərəfinə Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan abidəni ziyarət edərək söyləmişdir.

Müzəffər Ali Baş Komandan işğaldan ilk azad olunan ərazilərdən səslənərək bir daha qeyd etdi ki, Azərbaycan döyüş meydanında öz haqqını bərpa edib, düşməni məğlubiyyətə uğradıb və bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacaq. Füzuli rayonu 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi töhfəsi olan rayonlardandır, çünki əks-hücum əməliyyatı da məhz burada başlayıb, bu baxımdan ilk şəhidlərimizi də Füzuli uğrunda gedən döyüşlərdə vermişik. Füzulinin Qaraxanbəyli kəndində ucaldılan abidə də məhz Azərbaycan dövlətinin, xalqının şəhidlərin ruhuna olan hörmətini bir daha nümayiş etdirir: "Anım Günündə cənab Prezidentin abidəni ziyarət etməsi, onun önündə çıxış etməsi şəhidlərimizin ruhuna ehtiramın göstəricisidir. Füzuli şəhərinin yenidən qurulması ilə bağlı işlər sürətlə həyata keçirilməkdədir.

İkinci "ağıllı kənd"in Füzulinin Dövlətyarlı kəndində salınacağını xatırladan deputat orada təxminən 450 ailənin məskunlaşacağını söyləyib. Füzuli şəhərində yaşayış binalarının inşa edilməsi də məskunlaşma prosesinin daha qısa zamanda baş tutacağından xəbər verir. Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Füzuliyə səfərləri, rayonda gedən quruculuq, bərpa işləri ilə tanışlığı, bu istiqamətdə tövsiyə və tapşırıqları füzulililərin ata-baba yurdlarına daha tez qayıtmasına imkan verəcək.

Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə tədbirləri işğaldan azad olunmuş bölgələrdə keçirməsi ənənəyə çevrilib. Dövlət başçısının hətta Novruz bayramını da Şuşada qeyd etməsi böyük məna daşıyan, cəmiyyətin düşüncəsinə, duyğusuna çox müsbət təsir edən
addımlardır: "Prezidentin Anım günü ilə bağlı işğaldan azad olunmuş əraziyə səfəri onun bu torpaqlara necə böyük önəm verdiyini göstərdi. Dövlət başçısı Azərbaycanın qazandığı qələbəni daha böyük şövqlə xalqa çatdırır. Həm daxili, həm xarici siyasət üçün verdiyi anlamlı mesajlar insanlarda məsuliyyət duyğusunu formalaşdırır. İki il öncə bu ərazilər bizdə deyildi, amma iki ildə atdığımız addımlar,
keçdiyimiz məsafə o qədər möhtəşəmdir ki, bunu vətəndaşlarımız qiymətləndirməlidir. Bu gün, həqiqətən də, dünya Azərbaycanın iqtisadi gücünə bir daha şahidlik edir.

İki il öncə "dəmir yumruq"la işğal altında olan torpaqları azad edən Azərbaycan hazırda həmin ərazilərdə misli görünməyən tikinti-quruculuq işlərini həyata keçirir. Prezidentin söylədiyi kimi, məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi,
kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu yurdlarımıza yenidən həyat qaytarırıq. Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının yerlə-yeksan etdiyi yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri aparılır, eyni zamanda, erməni faşizminin viran qoyduğu tarixi, mədəni, dini irsimiz yüksək səviyyədə bərpa olunur. Bir sözlə, düşməndən təmizlənən torpaqlarda həyat sürətlə bərpa olunur.
Azərbaycan ha­zırda özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə apa­rır. Bununla da dövlərimizin başçısının Prezident seçilərkən vəd etdiyi “hər bir azərbaycanlının Prezidenti olaca­ğı” sözlərinin dövlət başçısının titanik fəaliyyəti ilə artıq
təsdiqləndiyi sübut edilir. Azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası respub­lika iqtisadiyyatına müsbət təsir göstərəcək, artımı şərtləndirəcək.

Füzuli rayonu 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi
töhfəsi olan rayonlardandır, çünki əks-hücum əməliyyatı da məhz burada başlayıb, bu
baxımdan ilk şəhidlərimizi də Füzuli uğrunda gedən döyüşlərdə vermişik.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə