27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon icra hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, rayonun İsnovqışlaq kəndinə gedərək, burada 13-14 sentyabr 2022-ci il tarixlərində düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun məzarını ziyarət edərək, ruhuna dualar oxunub.Təşkilat sədri şəhidin anası Məxfurə Həsənova və yaxınları ilə görüşüb, onlara başsağlığı verib, Şəhidimizə Allahdan rəhmət diləyib. Bütün şəhidlərimiz kimi, onun övladının da xatirəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib. Ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib. Şəhidin anası göstərilən diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlığını bildirib.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB