Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmayacaq ŞƏRH
Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları gizli müqavimət edir. Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır.
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən düşmənə cavab əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlərini darmadağın edildi. 44 günlük Vətən müharibəsindən dərs çıxarmayan ermənilər, yəqin ki, bundan sonra dərs çıxararlar.
Tarixi keçmişə nəzər salsaq görərik ki, bütün müharibələr dağıntılar, insan ölümləri və faciələrlə müşayiət olunur. Təəssüflər olsun ki, müharibələr itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin təcavüz planlarının həyata keçməsinə imkan verməmək üçün qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyirəm, onların doğmalarına Allahdan səbir diləyirəm. Onlarla qürur duyuram. Vətən sağ olsun!
Nurlana Xəlilova,
YAP Sabirabad rayon təşkilatının fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB