"Ermənistan hələ də uydurulmuş prinsiplə ortalıqdadır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan hələ də uydurulmuş prinsiplə ortalıqdadır" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ nümayəndə heyəti Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan görüş çox əlamətdar görüşdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu görüş sərhəddə olan gərginlikdən sonra ilk görüş idi: "Lakin bu görüş hər hansı bir nəticə vermədi. Çünki tərəflərin mövqeyi fərqlidir və bu fərqlilik hələ də qalmaqdadır. Azərbaycan tərəfi Ermənistana daha kontruktiv mövqeyi tutmağı təklif edir. Ümid edirik ki, Ermənistan tərəfi bu iddialarından əl çəkəcək və delimitasiya, demarkasiya ilə bağlı komissiyaların işində fəal olacaq. Təəssüflər olsun ki, Ermənistan hələ də uydurulmuş prinsiplə ortalıqdadır və bunu tez-tez dilə gətirir. Guya Azərbaycan Ermənistan ərazisini zəbt edib. Ermənistan bu fikirlərlə dünya ictimaiyyətini aldadır. Ermənistan tərəfi bu mövqeyindən çəkinsə və Azərbaycan ilə konkret danışıqlara getsə, bu zaman vəziyyət dəyişəcək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə