“Əbədiyyətin Şəhadət Aşiqləri” FOTOLAR

YAP Yasamal rayon təşkialtında Yasamal rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr- Anım Gününə həsr olunmuş “Əbədiyyətin Şəhadət Aşiqləri” adlı tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Elnur Allahverdiyev, Səbinə Xasayeva və Ülvi Quliyev, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının nümayəndələri, şəhid ailə üzvləri və Yasamal rayon ictimaiyyəti iştirak edib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfər yolundan söz açıb. O bildirib ki, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi və hərbi iradəsi, ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, onlarda olan vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi. Xalqımız bir yumruq ətrafında sıx birləşdi. Bu birlik və həmrəylik özünü “Dəmir Yumruq”da təcəssüm etdirərək Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldı. Qeyd olundu ki, Türkiyə Cumhuriyyəti hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycanın yanında oldu. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğuna şahidlik etdi. Çıxışına davam edən A.İsgəndərov bildirdi ki, çox təəssüf ki, müharibə şəhidsiz olmur. Bu gün şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına bayrağımız işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Biz şəhid ailələrinin qarşısında baş əyirik. Azərbaycan xalqı onların yetişdirdikləri övladlar ilə fəxredir.Tədbirdə iştirak edən şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək bizə ŞanlıQələbəni yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun igid övladlarının bu şərəfli və tarixi missiyası həyata keçirmələrindən bəhs edib. Qeyd olunub ki, Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Sonra tədbir bədii hissə ilə davam edib. İlk öncə 27 sentyabr -Anım günü ilə əlaqədar olaraq BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Nəbi Hüseynovun təqdimatında şeir ifa olundu. Respublika İncəsənət Gimnaziyası şagirdlərinin iştirak ilə əbədi-bədii kompozisiya təqdim edildi.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə