"Əsir mübadiləsində Ərdoğanla daimi ünsiyyətdə olmaq çox vacib idi" - Andrey Yermak

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə əsir mübadiləsi prosesində Ukrayna tərəfinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla daimi əlaqədə olmasının son dərəcə əhəmiyyətli olduğunu bildirib. SİA xəbər verir ki, Ərdoğanın həyata keçirdiyi diplomatik gediş-gəliş nəticəsində 215 hərbi əsirinin Ukraynaya qaytarılması ilə bağlı Ukrayna Rəyasət Heyətində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, daxili işlər naziri Denis Monastirski, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov, Təhlükəsizlik Xidmətinin rəis müavini Vasil Malyuk, ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink, Böyük Britaniyanın səfiri Melinda Simmons və İsveçin Kiyevdəki səfiri Tobias Tiberq iştirak ediblər. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 215 ukraynalı hərbi əsirinin azad edilməsindən çox məmnun olduqlarını bildirən Yermak, əsir mübadiləsi prosesində iştirak edən bütün tərəflərə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə