Lavrov bəyanatlarında “referendum” qərarından danışdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatlarında “referendum” qərarını qeyd edib. SİA xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərində görüşlərini davam etdirir. İkitərəfli danışıqlar aparan Lavrov Təhlükəsizlik Şurasında çıxış edib. Ukraynaya qarşı qəbul etdikləri qərarlara və onlara qarşı ittihamlara cavab verən Lavrov Kiyev rəhbərliyinin mülki məntəqələrə silah yerləşdirdiyini iddia edib.

Ukraynanın Donbass bölgəsində çoxlu hərbi cinayətlər qeydə alındığını iddia edən Lavrov deyib: "Bizim əlimizdə 2014-cü ildən bəri Kiyev rejiminin müntəzəm olaraq törətdiyi cinayət əməllərinə dair çoxlu sübutlar var. Rusiya hüquq-mühafizə orqanları Donetsk və Luqansk xalqından olan həmkarları ilə əməkdaşlıq edir".

Kiyev rejiminin 2014-cü ildən bəri beynəlxalq insan haqlarını pozduğunu və Donbass bölgəsində mülki insanlara qarşı hücumlar təşkil etdiyini bildirən Lavrov, "Anladığım qədəri ilə bugünkü görüş Ukraynada baş verənlərin cəzasız qalmaması ilə bağlıdır. Düşünürəm ki, bu çox uyğun bir addımdır".

Ukraynaya qarşı ittihamlarını davam etdirən Lavrov, "Ukraynanın nəhayət, beynəlxalq humanitar hüquq normalarının cəzasız olaraq pozulduğu totalitar bir dövlətə çevrildiyinə heç bir şübhəmiz yoxdur" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...