Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda kritik görüşlərini davam etdirir. SİA xəbər verir ki, ötən gün BMT Baş Assambleyasında çıxış edən Ərdoğan bu gün ikitərəfli görüşlər keçirib. Prezident Ərdoğan ABŞ-ın respublikaçı senatoru Ceyms Rişi qəbul edib.
Türkiyə Prezidenti BMT Baş Assambleyasının 77-ci iclasının keçirildiyi Nyu Yorkda Livanın Baş naziri Necip Mikati ilə görüşüb. Daha sonra Ərdoğan ABŞ-ın bəzi beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa toplantısında görüş keçirib. Siyasi, İqtisadi və Sosial Araşdırmalar (SETA) Vəqfi tərəfindən Türkevidə keçirilən dəyirmi masa toplantısı mətbuata qapalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB