Qubada şəhid Cəlil Məmmədovun doğum günündə ailəsi ziyarət edilib FOTOLAR

20 sentyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Quba rayonunun Qonaqkənd qəsəbəsindən olan şəhidimiz Məmmədov Cəlil Qəhrəman oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər. Ziyarət zamanı Cəlil Məmmədovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Rayon təşkilat sədri dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cəlil Məmmədov Vətən müharibəsində Hadrutun, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. İgidlik və mərdlik göstərərək 8 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 12 noyabr 2020-ci il tarixdə Qonaqkənd qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Subay idi.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunması görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Məkanları cənnət, ruhları şad olsun. Nə qədər ki, Azərbaycan xalqı var, yaşayır, Vətən yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini qəlbində daim yaşadacaqdır.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə