Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu,1400 kilometr dəmir yolu tikilib ŞƏRH
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə Özbəkistanın Səmərqənd şəhərində ev sahibliyi edildi. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Azərbaycanın ŞƏT Sammitində iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmətin göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Dialoq tərəfdaşı statusuna malik Azərbaycan üçün bu əməkdaşlıqda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələri çox önəmlidir. Əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Öz çıxışı zamanı diqqəti daha çox tarixi Zəfərimizdən sonrakı dövrdə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara yönəldən dövlətimizin başçısı bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Səmərqənddə keçirilən Zirvə görüşü Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları ilə eyni vaxta düşdüyü üçün Prezident İlham Əliyev öz çıxışında bu məsələyə də xüsusi diqqət çəkib. Dövlət başçısı sentyabrın 12-14-də Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bu təxribatla iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB