Qırğızıstanla Tacikistan dövlətləri arasında protokol imzalanıb

Qırğızıstanla Tacikistan dövlətləri arasında protokol imzalanıb

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Tasiyev və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saymumin Yatimovun Tacikistanda görüşü olub. SİA xəbər verir ki, görüşdə 16 sentyabr saat 16:00-da elan edilən atəşkəsdən sonra hərbi qüvvələrin çıxarılması və vəziyyətin sabitləşməsi üçün protokol imzalandığı bildirilib. Görüş zamanı bildirilib ki, Taşiyev münaqişə zamanı Tacikistan tərəfindən saxlanılan 4 qırğız əsgərinin sərbəst buraxılmasını təmin edib və əsgərlərlə birlikdə Qırğızıstanın Batken bölgəsinə qayıdıb.

Qeyd edək ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhəd qoşunları arasında toqquşma baş verib. Qarşıdurmada hər iki tərəfdən 100-ə yaxın adam həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə