"Bu gün Azərbaycan torpaqlarını itirən deyil, qazanan tərəfdir" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycan torpaqlarını itirən deyil, qazanan tərəfdir" - DEPUTAT ŞƏRH ETDİ

“Sentyabrın 12-14 tarixində Ermənistanın Silahlı Qüvvələri Azərbaycan ərazisində təxribat törədərək bizim mərd oğullarımızı qətlə yetirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, onlar layiqli cavablarını aldılar: “Bu da onu sübut edir ki, Azərbaycanın dəmir yumruğu onların daima başının üstündədir. Azərbaycan orudusunun xeyli sayda itki verməsi bizim hamımıza təsir etdi. Biz müharibənin bitmiş kimi qəbul edirik çünki Azərbaycan dövləti öz ərazilərini bərpa edib, ermənilər kapitulyasiya aktına imza atıblar. Bu da o deməkdir ki, Azərbaycanın irəli sürdüyü bütün şərtlərlə ermənilər razıdır. Lakin bir çox dünya ölkələri eyni zamanda ermənilərin havadarları bu prosesdə maraqlıdırlar ki, bu 2 ölkə arasında daima gərginlik höküm sürsün. Çox maraqldıır ki, bu ikiüzlü siyasətin məqsədi nədir? Baxmayaraq ki, dünya birliyi bu məsələ qarşısında sakit dayandı. Ancaq əksinə olaraq dünya birliyi bu hadisələrin qarşısını almalı idi. ABŞ nümayəndə palatasının üzvünün Ermənistana səfəri, işğaldan azad olunan ərazilərimizin erməni torpağı olduğunu bildirməsi və s. bütün bunlar ikiüzlü siyasətin açıq göstəricisidir. Dünya Birliyi BMT-nin 4 qətnaməsini yerinə yetirilməsini həzm edə bilmir. Çünki onlar 300 ildən artıq əzilən bir türk toplumu görüblər. Lakin artıq indi həmin cəmiyyət və dövlət qalmayıb. Bu gün bir rəhbər ətrafında birləşən Azərbaycan birliyinin təcəssümü olan cənab Prezident İlham Əliyevi görürlər.

Bu gün Azərbaycan torpaqlarını itirən deyil, qazanan tərəfdir. 3 nəhəng ölkənin əhatəsində müstəqil siyasət yeridən Azərbaycanı dünya birliyi həzm edə bilmir. Azərbaycan bir çox iri dövlətlərin regionda təhlükəsizliyi baxımından görüş yerinə çevrilib. Qədim zamanlardan həmin dövlətlər 18 əsrdə ilk demokratik dövlət olan Azərbaycanı qəbul edə bilmirdilər. Biz 1918-ci ildə yaranmış respublikanın davamçılarıyıq. Biz hər zaman öz torpaqlarımızın uğrunda mübarizə aparmışıq. Bu gün Azərbaycan 120-dən çox dövləti təmsil edən Qoşulmama Hərəkatını idarə edən bir dövlətdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə