Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.
"Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah şəhidlərimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB