“Makronun mövqeyində ciddi dəyişikliklərin olacağı istisnadır” - POLİTOLOQ ŞƏRH ETDİ
“Paris və Moskva bütün hallarda Ermənistanın xeyrinə deklorativ xarakterli bəyanatlardan başqa hər hansı bir digər addım atmayacaq. Prinsip etibarı ilə Rusiyanın problemə münasibətdə mövqeyində ciddi dəyişikliklərin olacağı gözlənilmir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Moskva gözəl anlayır ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir: "Azərbaycan da təbii ki, öz ərazi bütövlüyü və suverenliyini təhdid edən qüvvələrə qarşı mübarizə aparır. Bu Azərbaycanın beynəlxalq hüquqla təsdiq olunmuş suveren hüququdur. Ən əsası odur ki, hərbi əməliyyatlar Ermənistan ərazisində getmir. Bu kontekstdə də düşünürəm ki, 2020-ci ildə olduğu kimi, Rusiya bu dəfə də, Azərbaycanla münasibətlərin məzmun və mahiyyətindən irəli gələn amillərə istinad edərək İrəvana ciddi dəstək verməyəcək. Fransa isə İrəvana diplomatik və siyasi dəstək nümayiş etdirəcək. Bu mənada Makronun mövqeyində ciddi dəyişikliklərin olacağı istisnadır. Eyni zamanda, Makron praqmatik siyasətçidirsə, Azərbaycanda olan 200-dən çox fransız şirkətlərinin maraqlarını da nəzərə almalıdır. Paris və Moskva bütün hallarda Ermənistanın xeyrinə deklorativ xarakterli bəyanatlardan başqa hər hansı bir digər addım atmayacaq. Nə Rusiya, nə də Fransa İrəvana hərbi dəstək verən deyil. Nə də onlar Ermənistanın əvəzinə gəlib Azərbaycanla qarşı-qarşıya vuruşan tərəflər deyil. Bu mənada da Makron və Putin telefon danışığında Paşinyana konfrantasiyadan uzaq durmağı və sülhdən başqa yolun olmadığını başa salıblar. Bu son həddir Azərbaycanla danışmağın başqa yolu da qalmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB